Xəbərlər

Aabacus şirkəti olaraq ARCA CM18 Evo elektron kassirini Azərbaycan bazarına təqdim edirik.

Şirkətimiz nağd pulla əməliyyatların avtomatlaşdırılması üzrə ixtisaslaşmış ABŞ-ın ARCA şirkətinin Azərbaycan üzrə birbaşa rəsmi təmsilçisidir. ARCA CM18 Evo avadanlığı UL291 dərəcəli seyflə təchiz olunur ki, bu da ATM-lərə tətbiq olunan ən yüksək təhlükəsizlik standartlara cavab verir.

ARCA CM18  Evo vasitəsilə həyata keçirilən nağd pul tranzaksiyaları avtomatik olaraq bankın mühasibatlıq sistemində əks olunur və elektron kassir istifadə olunan ERP sistemlərə rahat inteqrasiya olunur, pul vəsaitlərinin əməliyyatlarının online monitorinqinə imkan verir. Müştərilərdən əskinaslar mədaxil olunan zaman onların həqiqiliyi və yararlılığına görə yoxlanılması, qarışıq pul bağlamalarının emal olunması və məxaric əməliyyatları tam təmin olunur. Eyni zamanda kassa və xəzinə arasında nağd pul daşınmalarının sayı xeyli azalır və nağd pulun çeşidləməsi avtonom, insan müdaxiləsi olmayan şəraitdə həyata keçirilir.

https://arca.com/sites/default/files/products/resources/ARCA_CM18Evo_Brochure_Web.pdf