Cash Management

Hollandiyanın “Transtrack International” (www.transtrackinternational.com) şirkəti nağd pul sferasının təhlükəsiz və effektiv idarə olunması üçün modulyar struktura malik “end-to-end Cash Management” (CWC- CashWebCommunity proqram təminatı) proqram təminatı hazırlamışdır.

Müasir software texnologiyalarının istifadəsilə nağd pul təchizat zəncirinin hər bir mərhələsinin təhlükəsizliyinin, izlənəbilirliyinin, optimallığının təmin olunması üçün hazırlanmış və dünyanın bir sıra öncül banklarında istifadə olunan “web-based cash management” proqram təminatı bankın müxtəlif xəzinələrində olan nağd pul ehtiyatlarının, ATM-lərin, nağd pul daşımalarının, xəzinələrdə optimal qalıqların səviyyəsinin müəyyən olunub gündəlik idarə edilməsi. filialların nağd pulla möhkəmləndirilməsi, nağd pula olan tələbatın proqnozlaşdırılması üçün daha öncədən ətraflı məlumatlar əsasında düzgün qərar qəbul etmə imkanı verir.