Səhiyyə Ambulator Axın həlli

Wavetec - Ziyarətçi Axının İdarə edilməsi

Bizim sistem Sizin gündəlik xəstəxana əməliyyatlarını asanlaşdırır. Ziyarətçi axınının ən səmərəli qaydada idarə edilməsi üçün qəbul, registrasiyadan görüş təyin edilməsi və onların qrafikləşdirilməsinə kimi bütün əməliyyatları tam əhatə edir. Əlavə olaraq, xəstəxananın mövcud randevu və/və ya hospital informasiya sistemilə inteqrasiya tam dəstəklənir.

 

Həll, ziyarətçinin həkim tərəfindən çağırılması, onun vəziyyətinin izlənilməsi və müalicə və gözləmə vaxtı daxil olmaqla ümumi randevu haqqında məlumatları təmin edir. Bununla yanaşı, resursların səmərəli planlanması və biznesin idarə olunması üçün önəmli məlumatların biznes-analitika hesabatları şəklində rəhbərliyə verilməsi də təmin olunur.

Xəstəxana heyəti və rəhbərlik üçün üstünlüklər

Ziyarətçilər daimi gözləməyə tələb olunan vaxtlarını orta hesabla 36% daha artıq nəzərə alırlar. Onların faktiki gözləməyə sərf etdikləri vaxtdan çox gözləmə zamanında özlərini nəcə hiss etdikləri daha vacibdir. Əgər ziyarətçilər xidmət göstərilənə qədər 20 dəqiqədən artıq gözləyirlərsə, bu, onların itirilməsi riskini yaradır, belə ki, onlar zamanlarını boşa sərf etdiklərini düşünürlər. Bizim Ziyarətçi Axınıın İdarə edilməsi Həllimiz ziyarətçilərin hospital daxili bərabər axınını təmin etməyə imkan verir ki, bu da tibbi heyət üzvlərinin stressini azaltmaq və xəstələr ilə işin daha yaxından, sürətli və səmərəli yerinə yetirilməsini mümkün edir.

Ziyarətçilər üçün Faydalar

Hər bir müştəri operativ və sürətli səhiyyə xidməti tələb edir. Bizim sistem, ziyarətçilərə növbənin bir hissəsi olmaq müstəqilliyi verərək onların bütün tələblərini qarşılayır. Randevuları öncədən təyin edilən ziyarətçilər “self-check-in” prosesi ilə növbəyə daxil ola bilər və əldə etdikləri biletlə dərhal gözləmə zalına və ya həkimə yönləndiriləcəklər. Yeni müştərilər xüsusi kart vasitəsilə özlərini identifikasiya edə bilərlər və lazımi tibb xidmətlərə yönləndirilə bilərlər. Randevu təyin etməmiş və ya xüsusi kartı olmayan müştərilər isə randevu təyin edilməsi üçün qəbul/registrasiya şöbəsinə yönəldiləcəklər.

Mənfəətin Artımı

Bizim həll həm müştəri, həm də hospital üçün dəyəri artırır, belə ki, bizim sistem və texnologiyalar heyətin müştəriyönümlü olmasına kömək edir.  Wavetec müştəri axının idarə olunması sistemi vasitəsilə Xəstəxananızın xərcləri avtomatik azalır: müştərilər özləri qeydiyyatdan keçirlər ki, bu da administrativ xərcləri azaldır. Bundan əlavə, düzgün və problemsiz müştəri axını insan əməyi xərclərini azaltmağa və ümumilikdə, xəstəxananın işinin səmərəliliyini optimallaşdırmaqa imkan verir.

Standart Ziyarətçi Axını Modeli

1. Randevu təyini

Randevular telefon, internet, xəstəxana heyəti və ya Wavetec mobil bilet app-i vasitəsilə qeydə alınır.

2. Xəstəxanada xəstənin  özünü “Check-in” etməsi

Müştərilər barkod və kart oxuyucu ilə təchiz olunmuş özünə xidmət kioskları vasitəsilə qeydiyyatdan keçirlər.

3. İstiqamətin təyin olunması(Hospital daxili lokasiya)

Wavetec Növbələrin Avtomatik İdarə olunması Sistemi ilə əlaqləndirilmiş Rəqəmsal lövhələr ziyarətçiləri müalicə prosesinin axınına uyğun olaraq yönləndirərək lazım olan otağın/həkimin yerləşdiyi yeri və hərəkət istiqamətini göstərir.

4. Gözləmə Zalı

Müştərilər növbələrini gözləyərkən növbə sırası barədə davamlı məlumat alırlar ki, bu da onları daha az stressli edir.  Rəqəmsal lövhə və daha öncədən yazılmış səsli bildirişlər  ziyarətçiləri öz növbələri/randevuları istiqamətində daha tez yönləndirillər.

5. Müalicə

Növbələri çatdığı zaman ziyarətçilər müvafiq həkim və ya tibb bacıları tərəfindən çağırılırlar. Növbəti bilet çağırıldığı zaman, öncəki ziyarətçi müalicə yerini tərk edir və çağırılan ziyarətçi avtomatik müalicə üçün gəlir.

6. Məmnunluğun qeydiyatı “Feedback”

Xəstə müalicə olunduqdan sonra öz məmnunluq dərəcəsini bildirir və bu avtomatik qeydiyyata alınır.

7. Hesabatlıq

Real-zaman hesabatlığı xəstəxananın xidmət sahələrini və biznes təcrübəni artırmağa imkan verir.